Məsuliyyətli Oyun

Şans oyunları əyləncə məqsədi daşısa da, onlara normadan artıq vaxt və maliyyə ayırmaq asılılıq riskini artıra bilər. Asılılıq impulsiv davranış pozuntusu kimi qiymətləndirilir və elmi ədəbiyyatda "problemli qumar" anlayışı ilə ifadə olunur. Problemli qumar şəxsin həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərərək maliyyə durumunu, psixoloji vəziyyətini və ümumi sağlamlığını təhlükə altına sala bilər.

Məsuliyyətli Oyun anlayışı məhz bu risklərin qarşısını almaq və oyunçuları problemli qumar davranışlarından qorumaq üçün formalaşdırılmış prinsiplər və praktikalar toplusudur. Oyunçular özləri üçün vaxt və büdcə limitləri müəyyən etməli, zərurət yarandıqda fasilə verməli və ən əsası, şans oyunlarına qazanc mənbəyi kimi deyil, əyləncə vasitəsi kimi yanaşmalıdırlar. Sağlam yanaşmanın əsasında asudə vaxtı maraqlı və əyləncəli şəkildə keçirmək dayanır.

Onlayn mərc və kazino sektorunda fəaliyyət göstərən nüfuzlu platformalar oyunçuların rifahını qorumaq məqsədilə Məsuliyyətli Oyun prinsiplərini fəal şəkildə təşviq edir və bunun üçün xüsusi alətlər təqdim edirlər. Mostbet da lisenziyalı beynəlxalq operator olaraq sektorda qəbul olunmuş Məsuliyyətli Oyun standartlarını yüksək səviyyədə tətbiq etməyi hər zaman özünün prioritet vəzifələrindən biri kimi görür!

Özünüqiymətləndirmə Sualları

Aşağıda təqdim olunan suallar öz oyun davranışınızı qiymətləndirməyiniz üçün nəzərdə tutulmuşdur. Bu suallar vasitəsilə özünüzdə asılılıq əlamətlərinin olub-olmadığını müstəqil şəkildə dəyərləndirə bilərsiniz:

  1. Mərc oyunlarında iştirak etdiyinizə görə indiyədək başqaları tərəfindən hər hansı tənqid və ya iradla qarşılaşmısınız?
  2. Son vaxtlar mərc oyunları səbəbindən işə, təhsilə və ya digər gündəlik öhdəliklərə laqeyd yanaşırsınız?
  3. İndiyədək mərc oyunlarına sərf etdiyiniz vaxtı və xərclədiyiniz məbləği gizlətmək məqsədilə yalan danışdığınız hallar olubmu?
  4. Oyun üçün vəsait əldə etmək və ya mərc borclarını ödəmək məqsədilə heç yalan danışmaq, borca girmək və ya qanunsuz davranışlara yol vermisiniz?
  5. Stress, mübahisə, gərginlik və ya ümidsizlik kimi emosional vəziyyətlər sizdə oynamaq istəyi yaradırmı?
  6. Daha çox gündəlik həyatın monotonluğundan uzaqlaşmaq üçünmü oynayırsınız?
  7. Mərc üçün ayırdığınız pulu digər zəruri xərclərə xərcləməkdə tərəddüd edirsiniz?
  8. Uduzduqdan sonra itirdiyiniz məbləği geri qaytarmaq istəyi hiss edirsinizmi?
  9. Oynadığınız zaman vəsaitiniz tükəndikdə aşırı məyusluq və yenidən oynamaq istəyi yaranırmı?
  10. Mərc oyunlarına olan meyliniz səbəbindən depressiya, narahatlıq və ya emosional gərginlik hiss edirsiniz?

Əgər yuxarıda qeyd olunan suallardan ən azı ikisinə "bəli" cavabı vermisinizsə, bu oyun asılılığını göstərmiş ola bilər. Bu halda professional yardım almaq haqqında düşünməyiniz tövsiyəolunandır. Əlavə olaraq, Mostbet tərəfindən mərc fəaliyyətinizi nəzarətdə saxlamaq üçün təqdim olunan alətlərdən yararlanmaq yardımçı ola bilər.

Özünü Kənarlaşdırma

Mərc oyunlarında iştirakınızla bağlı narahatlıq keçirir və öz oyun davranışınıza nəzarət etməkdə çətinlik çəkdiyinizi oynaya bilmədiyinizi düşünürsünüzsə, bu halda Mostbet-də "Özünü kənarlaşdırma" üçün müraciət hüququnuz mövcuddur. Özünü kənarlaşdırma müəyyən müddət üçün və ya daimi əsasda həyata keçirilə bilər və bunun üçün Mostbet Dəstək Xidmətinə rəsmi müraciət etməlisiniz.

Özünü kənarlaşdırma müddəti 6 aydan 5 ilə qədər dəyişir. Eyni zamanda, oyunçuya hesabını ömürlük qapatmaq seçimi də verilir. Müştəri bu qərarı qəbul edərkən aşağıdakı məqamları nəzərə almalıdır:

  • Müəyyən etdiyiniz müddət ərzində Mostbet platformasında mərc yerləşdirmək və hesabınıza vəsait yatırmaq imkanınız olmayacaqdır.
  • Özünü kənarlaşdırma müddəti başa çatmadan əvvəl fikrinizi dəyişsəniz belə, həmin müddət tamamlanana qədər hesaba girişi bərpa edilə bilməz.

Mostbet oyunçuların özünü kənarlaşdırma ilə bağlı müraciətlərin mümkün olan ən qısa müddətdə icra edilməsi üçün əlindən gedirr. Lakin seçilmiş əlaqə kanalından asılı olaraq müraciətin icra müddəti dəyişə biləcəyini nəzərə almağınız xahiş olunur.

Yetkinlik Yaşına Çatmayan Şəxslərin Qorunması

Mostbet yetkinlik yaşına çatmamış şəxslərin mərc oyunlarında iştirakına heç bir halda icazə vermir və bu kateqoriyaya aid şəxslərə reklam göstərmir. Müştəri yetkinlik yaşına çatmayan şəxslərlə eyni cihazdan istifadə edirsə, hesaba giriş məlumatlarını bu şəxslərlə bölüşməməsi onun məsuliyyətindədir.

Onlayn Yardım Xətti

Mərc oyunları ilə bağlı narahatlıqlarınızla əlaqədar peşəkar dəstəyə ehtiyac duyursunuzsa, bu sahədə Mostbet-in də əməkdaşlıq etdiyi bir sıra ixtisaslaşmış beynəlxalq təşkilatlar mövcuddur. Aşağıda həmin qurumlar təqdim olunur:

  • GamCare Oyun asılılığı ilə mübarizə aparan şəxslərin qarşılıqlı dəstək əsasında bir araya gəldiyi beynəlxalq könüllü icmadır. Təşkilat asılılıqla mübarizədə təcrübə paylaşımı və qarşılıqlı yardım prinsipi ilə fəaliyyət göstərir.
  • BeGambleAware Dünyanın müxtəlif ölkələrindən olan oyunçuları problemlərin müzakirəsi məqsədilə onlayn forumlarda bir araya gətirən beynəlxalq Məsuliyyətli Oyun platformasıdır. Həmçinin, oyunçulara telefon dəstəyi təqdim edirlər.
  • Gamblers Anonymous Benzer deneyimler yaşamış kişileri bir araya getiren küresel bir destek topluluğudur.

Ancaq mərc asılılığı ilə bağlı daha ciddi və təcili yardıma ehtiyac duyulan hallarda, yaşadığınız ərazinizdəki ixtisaslaşmış mütəxəssislərə müraciət etməyiniz tövsiyə olunur. Məsuliyyətli Oyun ilə bağlı hər hansı sual və ya məsləhət üçün Mostbet dəstək xidmətinə yaza bilərsiniz.

© 2026 MostBet Azerbaijan. 18+

© Mostbet Platforması, Curaçao yurisdiksiyası altında qeydiyyata alınmış Bizbon N.V. şirkəti tərəfindən 8048/JAZ2016-065 nömrəli lisenziya çərçivəsində idarə olunur. Ödəniş operatoru Venson LTD-dir. Qeydiyyat nömrəsi: HE 352364, Hüquqi ünvan: Stasinou 1, MITSI BUILDING 1, 1-ci mərtəbə, Daire/Ofis 4, Plateia Eleftherias, 1060, Lefkoşa, Kipr. Bütün hüquqlar qorunur.